Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avstraliya Teylor Sviftin atası ilə bağlı istintaqa başladı - FOTO

Avstraliya Teylor Sviftin atası ilə bağlı istintaqa başladı - FOTO

Tarix: 27 Fevral 2024 23:54

Avstraliyalı jurnalist Ben Makdonald müğənni Taylor Sviftin atasını hücumda ittiham edib və polisə müvafiq ifadə verib.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Avstraliyanın ABC nəşri məlumat yayıb. 

Jurnalistin sözlərinə görə, 71 yaşlı kişi yerli vaxtla saat 02:30 radələrində Sidneydə estakadada müğənninin şəklini çəkmək istəyən zaman onun üzünə zərbə endirib.

Ben Makdonald bildirib ki, Sviftin təhlükəsizlik komandası çətirləri onun kamerasına tuşlayıb və onu məkandan uzaqlaşdırmağa çalışıb, bundan sonra müğənninin atası ona yumruqla hücum edib. Fotoqraf qeyd edib ki, bu, onun karyerasının 23 ilində ilk belə haldır.

Avstraliya polisi hadisəni araşdırdıqlarını təsdiqləyib.

Milli.Az


Etiketlər:  Avstraliya Teylor Sviftin atası ilə bağlı istintaqa başladı FOTO


RƏYLƏR