Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aysunun keçmiş əri yeni eşqə yelkən açdı - FOTO

Aysunun keçmiş əri yeni eşqə yelkən açdı - FOTO

Tarix: 29 May 2024 13:25

Müğənni Aysun İsmayılovanın keçmiş əri Eşqin Cəlilov sosial media hesabındakı paylaşımı ilə diqqətləri üzərinə çəkib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, o, "Instagram" hesabında bir xanımla səmimi fotosunu yayımlayıb və üzük işarəsi qoyub.

Eşqin xanımın üzünü gizlədib. İzləyiciləri onun üçüncü dəfə evlənməyə hazırlaşdığını iddia ediblər.

O, Aysundan ayrıldıqdan sonra bir müddət öncə müğənni Müjgan Ayxanla da sevgi münasibətləri yaşayıb. Müjgandan da ayrılan Eşqin ifaçı ilə dost münasibətləri davam etdirdiyini bildirib.

Xatırladaq ki, Aysun İsmayılova Eşqindən boşandıqdan sonra tanınmış vəkillə ailə qurub.

Milli.Az


Etiketlər:  Aysunun keçmiş əri yeni eşqə yelkən açdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ