Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada tramvay faciəsi - 130 yaralı, ölən var - 2 nəfər saxlanıldı - YENİLƏNİB

Rusiyada tramvay faciəsi - 130 yaralı, ölən var - 2 nəfər saxlanıldı - YENİLƏNİB

Tarix: 7 Iyun 2024 10:38

10:34

Xəbər verdiyimiz kimi, dünən Rusiyanın Kemerovo şəhərində iki tramvay toqquşub. Hadisə nəticəsində 130 nəfər xəsarət alıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzadan sonra Kemerovo Elektrik Nəqliyyatı Şirkətinin direktoru və usta saxlanılıb.

Onlar nasaz tramvayın reysə çıxmasına icazə verməkdə təqsirləndirilirlər. Sözügedən nasaz tramvay başqa bir tramvayla toqquşub. 

Hadisə ilə bağlı cinayət işi başladılıb. Şirkətin ofisində axtarışlar aparılıb, zəruri texniki sənədlər götürülüb. Hazırda istintaq davam etdirilir.

---------
10:24


Rusiyanın Kemerovo şəhərində Tom çayı üzərindəki Kuznetski körpüsünün başlanğıcında iki tramvayın toqquşması nəticəsində yaralananların sayı 130 nəfərə çatıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə əməliyyat xidmətləri məlumat yayıb.

Məlumata görə, ölənlərin sayı ümumilikdə 1 nəfər təşkil edir.

--------------
06.04.2024


Rusiyanın Kemerovo şəhərində Tom çayı üzərindəki Kuznetski körpüsünün başlanğıcında iki tramvayın toqquşması nəticəsində yaralananların sayı 100 nəfəri ötüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verib.

Yenilənmiş məlumatlara görə, 102 nəfər yaralanıb.

------------
10:18

Rusiyanın Kemerovo şəhərində Tom çayı üzərindəki Kuznetski körpüsünün başlanğıcında iki tramvayın toqquşması nəticəsində 1 nəfər ölüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 90-dan çox şəxs xəsarət alıb. Bu barədə şəhərin rəhbəri Dmitri Anisimov teleqram kanalında məlumat verib.

"Təəssüf ki, həkimlərin bütün səylərinə baxmayaraq, Loqovaya şosesində baş verən qəzada xəsarət alanlardan biri ölüb. Mərhumun yaxınları ilə görüşüb, ailəsinə tam dəstək verəcəyik", - o qeyd edib.

Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 11 nəfər ambulator müalicəyə keçirilib.

-------
08:50

Rusiyanın Kemerovo şəhərində Tom çayı üzərindəki Kuznetski körpüsünün başlanğıcında iki tramvay toqquşub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 67 nəfər xəsarət alıb.

Kemerovo vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən İlya Seredyuk teleqram kanalında bildirib ki, yaralılardan üçünün vəziyyəti ağırdır:

"İkisi reanimasiyada, biri əməliyyat otağındadır. Həkimlər onların həyatları üçün mübarizə aparırlar. 10 nəfər ambulator müalicəyə göndərilib".

Milli.Az


Etiketlər:  Rusiyada tramvay faciəsi 130 yaralı ölən var 2 nəfər saxlanıldı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ