Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Boynuma çox şər atdınız, haqqıma girməyin” - Yenilənib - FOTO

“Boynuma çox şər atdınız, haqqıma girməyin” - Yenilənib - FOTO

Tarix: 3 Oktyabr 2024 17:05

17:00

İnfluenser Həmayıl Ələsgərovanın keçmiş həyat yoldaşı Saməddin Cəfərlinin indiki xanımı Günel Cəfərli açıqlama yayıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, instaqramda paylaşım edən Günel bu məsələdə adının hallandırılmamasını istədiyini deyib:

"Mənim adımı hallandırmayın bu mövzularda! Ağzı göyçəklər, bilib-bilmədən ağzına gələni yazıb məni daxil edir bu mövzulara, etməyin! Adamın əsəblərini pozmayın,bilib-bilmədən haqqıma girməyin! Evliliyim  boyu boynuma nahaqdan çox böhtan atdınız, səbrli oldum. Bəsdir! Bir şey olan kimi Güneli qatırsınız mövzuya".

Qeyd edək ki, hazırda Saməddinlə Həmayıl arasında qalmaqal davam edir. Həmayıl Saməddinin oğlu Atilla üçün aliment ödəmədiyini iddia edir.

---------
11:59


İnfluenser Həmayıl Ələsgərova (Hllyblog) ilə keçmiş həyat yoldaşı, fotoqraf Saməddin Cəfərli arasında gərginlik yaranıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, Saməddin bir neçə gün öncə  Həmayılla evliliyindən olan oğlu Atilla ilə fotosunu paylaşıb. Şəkildə onun ikinci övladı da yer alıb.

Ötən gün isə Həmayıl ad çəkmədən keçmiş həyat yoldaşına söz atıb:

"Təəssüf ki, valideynlik bir şəkil çəkib paylaşmaqla olmur. Övladının maddi-mənəvi heç bir ehtiyacını ödəməyən özünə valideyn deməsin. Möhtəşəm şou idi, təbriklər".

Ardınca Saməddin "Atalıq duyğusundan istifadə edib, atanı yalnız bank hesabı kimi görmək valideynliyin hansı səviyyəsidir görəsən? Çox maraqlıdır. Deməli, atalıq ancaq pul ilə ölçülür? Pulun varsa, ən yaxşı atasan, yoxdursa, uşağı görməyə belə haqqım çatmır. Elə?" paylaşımını edib.

Həmayıldan ona cavab gecikməyib:  ""Pul" dediyi uşağından illərdir kəsdiyi alimentdir. Sevgilər".


Etiketlər:  Boynuma çox şər atdınız haqqıma girməyin Yenilənib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ