Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakan Fidan Suriyada olduğu vaxt Xameneidən üsyan çağırışı

Hakan Fidan Suriyada olduğu vaxt Xameneidən üsyan çağırışı

Tarix: 23 Dekabr 2024 17:20

İranın dini rəhbəri Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın Dəməşqə səfərdə olduğu zaman Suriya xalqını üsyana səsləyib.

Sonxeber.net xəbər verir ki, bu barədə məlumat İranın sosial şəbəkələrində yayılıb.

"Suriya gənclərinin itirəcək heç bir şeyi yoxdur. Onların universitetləri təhlükəsiz deyil, məktəbləri təhlükəsiz deyil, evləri təhlükəsiz deyil, küçələri təhlükəsiz deyil, həyatları təhlükəsiz deyil. Onlar nə etməlidirlər? Onlar bu təhlükəsizliyi planlaşdıranlara və həyata keçirənlərə qarşı əzmlə və qətiyyətlə mübarizə aparmalıdırlar və Allah istəsə, onlar qalib gələcəklər", - deyə Xamenei üsyana çağırıb.


Etiketlər:  Hakan Fidan Suriyada olduğu vaxt Xameneidən üsyan çağırışı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ