Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 17:40
Bakı. Trend:
Biz hamımız bütün gigiyena tədbirlərinə və təcrid rejiminə əməl etməyə borcluyuq.
Bunu Trend-ə açıqlamasında olimpiya çempionu Lyudmila Şubina deyib.
L.Şubina vətəndaşlara müraciət edib:
"Əziz dostlar və həmvətənlər, biz hamımız görünməz düşmən COVID-19 pandemiyası ilə qarşılaşmışıq və çətin günlər yaşayırıq. Amma dövlətimizin bütün gücü bu virusun qarşısının alınmasına və bizim müdafiəmizə yönəlib. Ona görə də istisnasız olaraq hamını tam vətəndaş məsuliyyəti ilə dövlət orqanlarının tələblərinə və həkimlərin tövsiyələrinə ciddi yanaşmağa çağırıram. Biz hamımız bütün gigiyena tədbirlərinə və təcrid rejiminə əməl etməyə borcluyuq. Öz düzgün addımlarımızla bu gərgin mübarizədə həkimlərimizi və dövlətimizi dəstəkləmiş oluruq. Əminəm ki, bizim birliyimiz sayəsində vəziyyət yaxın zamanlarda yaxşılığa doğru gedəcək. Hamıya, sizə və yaxınlarınıza xoşbəxtlik və möhkəm sağlamlıq arzulayıram".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.