Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranda karantin rejimini pozan şəxs həbs edilib (FOTO)

Lənkəranda karantin rejimini pozan şəxs həbs edilib (FOTO)

Tarix: 5 Aprel 2020 13:39

Bakı. Trend:

Karantin rejimini pozan Lənkəran sakinin üzərindən narkotik vasitə də aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran rayonunun Parakənd kəndinin sakini Xamid Bəgəliyev Astara rayonunun Çayoba kəndində karantin rejimini pozaraq stasionar postu keçmək istəyərkən Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən X.Bəgəliyev özünü şübhəli apardığı üçün Astara Rayon Polis Şöbəsinə gətirilərək üzərinə baxış keçirilib. Bu zaman onun üzərindən 2 qrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda karantin rejimini pozan şəxs həbs edilib (FOTO) - Gallery Image Lənkəranda karantin rejimini pozan şəxs həbs edilib (FOTO) - Gallery Image Lənkəranda karantin rejimini pozan şəxs həbs edilib (FOTO) - Gallery Image


Etiketlər:  Lənkəranda karantin rejimini pozan şəxs həbs edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ