Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2021 20:38
Kürdüstan Demokratik Partiyasının sədri Məsud Bərzani PKK terror təşkilatının hücumundan sonra ölən peşmərgələrin ailələri ilə görüşüb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Bərzaninin ofisi məlumat yayıb.
O, peşmərgələrin ailələrinə başsağlığı verib:
"Peşmərgəni şəhid edərək bu cinayəti törədənlər layiq olduqları cəzanı alacaqlar".
Bərzani xəstəxanada müalicə alan yaralı peşmərgələrə də zəng edərək onlara şəfa diləyib.