Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur reper kraliçanın saxta ölüm xəbərini yayan şəxsə vəzifə verdi

Məşhur reper kraliçanın saxta ölüm xəbərini yayan şəxsə vəzifə verdi

Tarix: 14 Mart 2022 20:36

Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur milyarder reper Kanye Uest Böyük Britaniya kraliçası II Elizabetin ölümü ilə bağlı yalan xəbər yayan şəxsə vəzifə verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Hollywood unlocked" adlı bloqun qurucu CEO-su Ceyson Li sözügedən məlumatın ardından təqidlərə məruz qalsa da məşhurlaşmağa nail olub. Bundan başqa reperin onu PR departamentinin rəhbər təyin etdiyi ortaya çıxıb.

Bildirilib ki, "Ye" son zamanlar şəxsi həyatında yaşadığı problemlər səbəbindən azalan nüfuzunu məhz Li vasitəsi ilə bərpa edəcəyinə inanır.

Qeyd edək ki, Li fevralın 22-də bloqunda kraliçanın öldüyünü açıqlayıb. İnformasiyanın yalan olduğu ortaya çıxandan sonra isə o, üzr istəyib.

Milli.Az


Etiketlər:  Məşhur reper kraliçanın saxta ölüm xəbərini yayan şəxsə vəzifə verdi


RƏYLƏR