Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Prius” ağır qəza törətdi, 9 yaşlı uşaq öldü

“Prius” ağır qəza törətdi, 9 yaşlı uşaq öldü

Tarix: 26 May 2023 09:48

Dünən Abşeron rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ruslan Kotusenko idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Hökməli-Qobu yolunda hərəkətdə olarkən qəza törədib.

Avtomobil idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobildə sərnişin olan 2014-cü il təvəllüdlü Allahverdi Fətullayev ağır xəsarətlər alıb. O, Akademik Mirqasımov adına Respublika xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Prius ağır qəza törətdi 9 yaşlı uşaq öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ