Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər gün bu tərəvəzi yemək xərçəngin qarşısını alır

Hər gün bu tərəvəzi yemək xərçəngin qarşısını alır

Tarix: 29 Dekabr 2023 07:18

Populyar tərəvəz düşünüləndən daha faydalıdır.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri hansı tərəvəzin Yeni ildə daha faydalı ola biləcəyini müəyyənləşdirib.

Alimlər yerkökündə güclü antixərçəng təsiri aşkarlayıblar. Adətən kökdə olan beta karotini orqanizmə faydalı hesab edirlər. Amma beta karotinin xərçəngə təsiri sübut olunmayıb. Düzdür onun ürəyə, sümüklərə, gözə faydası var. Lakin kökdə olan digər aktiv maddı - poliasetilenlər xərçəng hüceyrələrinə qarşıdır.

Alimlər kökə aid 200 meqa tədqiqatın nəticələrini təhlil ediblər. Ümumilikdə 4,7 milyon insanın məlumat bazası yoxlanılıb. Nəticə göstərib ki, gündə 80 qram, həftədə 400 qram kök istənilən tip xərçəng növü riskini 20% azaldır. Hətta gündə 1 ədəd kök belə xərçəngi 4% azalda bilir. Fərqi yoxdur, kökü çiy və ya bişmiş formada yemək olar. Ona görə yeni ildən kök yeməyə vərdiş edin.


Etiketlər:  Hər gün tərəvəzi yemək xərçəngin qarşısını alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ