Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2024 10:51
Mütəxəssislər ürək bulanmasının səbəblərindən danışıblar.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, onlar bu halın nə vaxt gözardı edilməməsi lazım olduğunu qeyd ediblər.
Beləliklə, ürək bulanmasının mümkün səbəbləri aşağıdakılardan biri ola bilər:
- Stress və narahatlıq;
- Aclıq və ya çox tez yemək (mədədə qurultu və köp);
- Susuzluq (enerji itkisi, su istəyi və baş ağrısı);
- Ac qarına dərman içmək;
- Yellənmək;
- Mədə yanması;
- Bağırsaq infeksiyası (qarın ağrısı, köp, ishal, qızdırma, qusma);
- Miqren;
- Qulaq infeksiyası (başgicəllənmə);
- Hamiləlik;
- Ürək tutması (sinə ağrısı, nəfəs darlığı, tərləmə, çiyin və ya qol, boyun və ya çənə ağrısı).
Əgər bulantı iki gün ərzində keçmirsə, həkimə müraciət etmək vacibdir.