Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 18:48
İran Prezidenti Həsən Ruhani general Qasım Süleymaninin evini ziyarət edərək başsağlığı verib.
"CNNTürk"ün məlumatına görə, Ruhani generalın ailəsinə amerikalıların tezliklə etdikləri səhvin nəticələrini görəcəyini bildirib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, ziyarət zamanı Qasım Süleymaninin qızı ilə Ruhani arasında maraqlı dialoq da yaşanıb. Belə ki, generalın qızı prezidentə müraciət edərək "atamın intiqamını kim alacaq?" deyib. Ruhani isə bu sözlərə "narahat olmayın, hamısının intiqamını alacağıq" cavabını verib.