Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 20:27
"Təəssüf ki, koronavirusa yoluxma halları artır".
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bunu hazırda karantin rejimində fəalliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev bildirib.
" Gizli yoluxma və yoluxdurma hallarının daha tez aşkar edilməsi üçün bütün əhalinin evdən çıxmadan COVİD-19 testindən keçirilməsi. Buna çox maddiyyat tələb olunsa da yoluxandan sonra onların müalicəsinə sərf olunacaq maddiyyatdan daha az olacaq.
Bütün marketlərdə, apteklərdə və digər tibb müəssisələrində işləyən insanların COVİD-19 testindən keçirilməsi. Təəssüf ki, tez-tez marketlərdə, apteklərdə bu məsələyə ciddi yanaşmayan işçilərlə rastlaşırıq.
Təkliflərin əsas səbəbi yoluxmuş insanlaın özləri də hiss etmədən, bilmədən digər insanları yoluxdurmasıdır".