Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni doğulan qız uşaqlarına bunları etmək olmaz- Pediatrdan XƏBƏRDARLIQ!

Yeni doğulan qız uşaqlarına bunları etmək olmaz- Pediatrdan XƏBƏRDARLIQ!

Tarix: 22 Avqust 2020 22:51

"Təcrübəsiz valideynlərin bir çoxu yeni doğulmuş qız övladında süd vəzilərinin şişkinliyi və döş gilələrindən maye ifrazatı səbəbi qorxuya qapılaraq bu mövzuda məlumat almaq istəyir, körpəni müayinəyə gətirirlər. Bu, çox rast gəlinən haldır".

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr, infeksionist Həmid Hacıağayev açıqlayıb.

Yeni doğulmuş qız uşaqlarında belə bir halın olması təhlükəlidirmi? Həkim bildirib ki, bu, qətiyyən təhlükəli bir hal deyil və ananın endogen estrogenlərin təsiri nəticəsində baş verir: "Körpə ana bətnində olduğu zaman onun orqanizminə ananın qanından kiçik miqdarda qadın hormonları - estrogenlər keçir. Bu səbəbdən körpənin süd vəzilərinin qilələri bir qədər ölçüdə böyüyür. Bu tamamilə normal haldır və müəyyən vaxtdan sonra öz-özünə keçib gedir.

Belə bir halla rastlaşdıqda hər hansı kompress etmək, əl vurmaq yaxud basıb "maye çıxarmaq" olmaz (inanın ki, analara bu cür məsləhət verən "ağıllılar" da olur).

Lakin süd vəzilərinin ikitərəfli hipertrofiyası mastitlə (iltihabi proseslə) yanaşı gedirsə, bu hal artıq antibiotiklərlə müalicə tələb edir. Bundan savayı dünyaya gəldikdən sonra bir neçə həftə ərzində qızlarda cinsiyyət orqanından qanlı ifrazatlar da ola bilər (söhbət sırf cüzi miqdarda qanlı ifrazatdan gedir, güclü qanaxmadan deyil!). Bu isə öz növbəsində körpənin qanında dövran edən anadan keçmə qadın hormonlarının azalması nəticəsində baş verir. Bu proses də həmçinin təhlükəli deyil. Zamanla keçib gedir".

Milli.Az


Etiketlər:  Yeni doğulan qız uşaqlarına bunları etmək olmaz Pediatrdan XƏBƏRDARLIQ


RƏYLƏR