Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2020 15:24
Bakı. İlhamə İsabalayeva – Trend:
COVİD-19-a qarşı peyvənd olmayana qədər belə vəziyyət davam edəcək və biz də qapanmalara getməyə məcbur olacağıq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan vaksinin hazırlanması ilə bağlı bütün prosesləri izləyir: “Biz də ümid edirik ki, ən təhlükəsiz vaksinləri alıb, ölkəmizə gətirə biləcəyik".
Böyük Britaniya və Türkiyədə peyvəndləşmə aparılacağını deyən Ş.Mövsümov qeyd edib ki, Azərbaycanda ilk növbədə kimlərin peyvənd ediləcəyi barədə əlavə məlumat veriləcək.