Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağrıların xına ilə müalicəsi

Ağrıların xına ilə müalicəsi

Tarix: 22 Oktyabr 2022 21:30

Xına təkcə xına mərasimi və saç boyamaq üçün deyil.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, xınadan nənələr, hətta babalar baş, bədən ağrılarında da təpitmə kimi istifadə edib.

Xına xüsusilə oynaq və revmatizm qaynaqlı ağrılarda təsirlidir. Bunun üçün xına bir pambıq parçaya çəkilir və ağrıyan yerə kompres şəklində qoyulur.

Həmçinin xına yanıqların müalicəsində də istifadə edilir, dərinin bərpasını tezləşdirir.

Xınanın sinir ağrılar üçün təsirli ola biləcəyi deyilir. Bel, boyun nahiyəsində sinirlərin sıxılması ilə bağlı olan ağrılardan əziyyət çəkən xəstələrə xına sürtmələri məsləhət görülür.

Uyuşma, göynəmə, diabet xəstələrində olan sinir ağrılarında da xına kütləsi sürtmək olar.


Etiketlər:  Ağrıların xına ilə müalicəsi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ