Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2022 16:22
Tatarıstanın Aznakayevo şəhərindəki uşaq bağçasının dayəsi iki yaşlı uşaqların üzərində müəllimlərdən birinin zorakılığını gizli şəkildə lentə alıb və video yazını valideynlərlə yanaşı, polisə də nümayiş etdirib.
Sonxeber.net bildirir ki, bu barədə "Mash İptash" Telegram kanalı məlumat yayıb.
Nəşrin yazdığına görə, xəstə işçinin yerinə təyin olunan dayə müəllimənin uşaqların üzünə necə vurduğunu, onlara qışqırdığını, onları itələyib dəhlizdə bağladığının şahidi olub. Qadın bunu videoya çəkmək qərarına gəlib. Yazı müəllifləri yazır ki, dayə görüntüləri qızlardan birinin anasına göstərib, həmçinin polisə zorakılıq barədə məlumat verib. Bundan başqa, oktyabrın 26-da təhsil müəssisəsində daxili audit keçirilib, nəticədə 3 müəllim işdən çıxarılıb.
Öz növbəsində, video sosial şəbəkələrdə yayımlanandan sonra rayon prokurorluğu uşaq bağçasında yoxlamalara başlayıb.
İrfan Vəliyev