Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''WhatsApp''dan göndərilən bu mesajlara aldanmayın! - VİDEO

''WhatsApp''dan göndərilən bu mesajlara aldanmayın! - VİDEO

Tarix: 22 May 2023 18:50

Son günlər vatsap tətbiqi vasitəsilə vətəndaşlara yüksək maaşlı iş tapmağı və 10 manat bonus qazanmağı vəd edən saxta mesajlar göndərilir. 

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, xarici ölkələrə məxsus və yaxud yerli nömrələrdən gələn saxta mesajlarda link göndərilir və ora daxil olaraq qeydiyyatdan keçmək tələb olunur.

Bu zaman isə  bank və digər fərdi məlumatlarınızı daxil etməyi istəyirlər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi  yanında Elektron Təhlükəsizlik Xidməti bununla bağlı vətəndaşlara müraciət edib. Bildirilib ki, fırıldaqçılar göndərdikləri məlumatlarda insanları şirnikləndirici mövzulara toxunurlar.

Elektron Təhlükəsizlik Xidmətindən o da bildirilib ki, ötən ilə nisbətən bu il də belə problemlərin sayında artım müşahidə olunur.

Elektron Təhlükəsizlik Xidməti çağırış edir ki, vətəndaşlar diqqətli olmalı, tanımadıqları nömrələrdən gələn saxta mesajları açmamalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  WhatsAppdan göndərilən mesajlara aldanmayın VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ