Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2025 19:38
İngiltərədə "Vest Hem", "Arsenal", "Liverpul" və "Çelsi" kimi klublarda çıxış etmiş israilli futbolçu Yossi Benayunun evinə əl qumbarası atılıb.
Sonxeber.net xarici mətbuata istinadla xəbər verir ki, artıq hadisə ilə bağlı araşdırma başlanıb.
Təhlükəsizlik qüvvələri sözügedən hadisənin İsrail-Qəzza müharibəsi ilə heç bir əlaqəsi olmadığını bildiriblər.
Keçmiş futbolçunun evinə əl qumbarasını motosikletçi atıb.
Benayunun başına gələn olayı belə şərh edib:
"Əvvəlcə qaz balonunun partladığını düşündüm və yanğınsöndürənləri çağırdıq. Amma polislər evə gələrək qumbaranın qalıqlarını tapdıqda, əslində nə baş verdiyini anladıq".
Musa