Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymar göz yaşları ilə meydanı tərk etdi

Neymar göz yaşları ilə meydanı tərk etdi

Tarix: 19 Aprel 2025 18:26

"Santos" komandası Braziliya çempionatının IV turunun "Atletiko Mineyro" ilə oyununda zədələnən hücumçu Neymarın səhhəti ilə bağlı məlumat paylaşıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, meydanı göz yaşları ilə tərk edən 33 yaşlı futbolçuda yeni zədə aşkarlanıb.

Klubun məlumatında deyilir ki, Neymar əzələ zədəsindən sağaldıqdan və əzələ kütləsi toplamaq üçün məşq etdikdən sonra meydançaya qayıdaraq, "Atletiko Mineyro" üzərində qələbənin (2:0) ilk hissəsində sol budunda yeni narahatlıq hiss edib:

"Futbolçu müayinədən keçib, nəticədə, yeni zədə aşkar olunub - bu dəfə yarımmembran əzələsində. Neymar artıq müalicəyə başlayıb".


Etiketlər:  Neymar göz yaşları ilə meydanı tərk etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ