Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2025 18:12
Son mövsümü icarə əsasında "Qalatasaray"da keçirən "Napoli"nin hücumçusu Viktor Osimhenin yeni klubu müəyyənləşib.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Nigeriyalı ulduz forvard "Əl-Hilal"a keçməyə razılaşıb. 26 yaşlı futbolçu əvvəllər Səudiyyə Ərəbistanı klubundan imtina etsə də, yeni cəlbedici təklifi qəbul edib. Nigeriyalı ilə 2029-cu ilə qədər nəzərdə tutulan müqaviləyə əsasən, o, "Əl-Hilal"da ildə təxminən 35 milyon avro qazanacaq. "Napoli" isə forvardın satışından təxminən 70 milyon avro qazanacaq.
Viktor Osimhen ötən mövsüm Türkiyə nəhənginin heyətində 41 matça çıxaraq 37 qol vurub.
Qeyd edək ki, "İnter"in keçmiş baş məşqçisi Simone İnzaqi bu yaxınlarda "Əl-Hilal"ın baş məşqçisi təyin edilib.