Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Yunayted'' futbol klubu deyil''

''Mançester Yunayted'' futbol klubu deyil''

Tarix: 9 Iyun 2025 10:44

"İngiltərənin "Mançester Yunayted" komandası futbol klubu deyil".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu "qırmızı şeytanlar"ın niderlandlı keçmiş baş məşqçisi Lui van Qal deyib.

Onun fikrincə, "Mançester Yunayted" daha çox kommersiya klubu kimi görünür:

"Məşqçi komandaya hansı oyunçuların gələcəyinə qərar verməyəndə həmişə çətin olur. Düşünürəm ki, məşqçi oyunçuları seçəndə komanda onun rəhbərliyi altında nəticə verməsə, onu qovmaq olar.

Amma başqaları oyunçuları alanda sizin probleminiz yaranır: məşqçinin biliyi və anlayışı lazımdır, çünki o bu oyunçuları məşq etdirəcək".


Etiketlər:  Mançester Yunayted futbol klubu deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ