Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 15:25
Bakı. Trend:
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində ənənəvi “DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin 12-17 yaş arası yaş qrupundan olan uşaqlar üçün olan yekun hissəsi 26 dekabr 2019-cu il Xətai Sənət Mərkəzində baş tutub.
Trend-in məlumatına görə, tədbiri Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açdı və gənclərə uğurlar dilədi. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərgi iştirakçılarını salamladı və onların vətənə məhəbbət hislərini əsərlərində hiss etdiyini söylədi. Tədbir hər bir balaca rəssama diplom təltif etmə mərasimi ilə başa çatıb.
Nəzərinizə çatdırırıq ki, tədbirin birinci hissəsi – 12yaş qrupu balaca rəssamların sərgisi ilə dünən - 25 dekabr Xətai Sənət Mərkəzində baş tutub.
Vətənpərvərlik, vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarınızı inkişaf etdirilməsi, bədii düşüncə tərzi, zövq və yaradıcılıq duyğularınızın formalaşdırılması, habelə, rəssamlıq sənətinə marağınızı stimullaşdırmaq məqsədi ilə keçirilən müsabiqəyə ölkəmizin əksər güşələrindən 1200-dən çox uşaq və yeniyetmə vertual qaydada 2000-dən çox əsər təqdim ediblər.
Şərtlərimizə uyğun olaraq, seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götülməklə, ən əsası ən az müdaxilə (müəllim və valideynlər) olunmuş əsərlər, həmçinin, əvvəlcə təqdim olunmamış əsərləri seçməyə çalışmışıq.
25-26 dekabr 2019-cu il tarixlərində sərgilənmək üçün seçilmiş 12 yaşa qədər və 12-17 yaş arası kateqoriyasında iki gün mütənasib olaraq, 170 və 180 uşaq hər birinin 1 əsəri ilə Xətai Sənət Mərkəzinə dəvət olunub.
Müsabiqədə ən azı 4 üzvü ilə təmsil olunan tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.), o cümlədən, Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbi, H.Abbasov adına Maştağa Mədəniyyət mərkəzi, 1 Nömrəli UGİM, 183 saylı körpələr evi-uşaq bağçası, Şamaxı ş. İncəsənət Təhsili Mərkəzi Ressamlıq şöbəsi, 4 nömrəli UİM, 2 nömrəli UGİM, 2 nömrəli Xüsusi İnternat Məktəbi, Masallı r. Onbirillik İncəsənət Məktəbi Rəssamlıq şöbəsi, Gəncə ş. UİM, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Əhməd Bakıxanov adına UİM, İsmayıllı r. Heydər Əliyev adına İvanovka kənd tam orta məktəb, Şirvan Dövlət Rəsm Qalereyası, Şəki şəhəri UİM, Biləndər Tədris Mərkəzi, Göyərçin rəsm kursu, Balaxanı Mədəniyyət evi, 2 saylı İncəsənət məktəbi, 147 saylı texniki humanitar liseyi, 58 nömrəli məktəb, Füzuli şəhər 2 nömrəli uşaq incəsənət məktəbi, Nizami tədris mərkəzi, Respublika UGİM təşəkkürnamə ilə təltif olunacaq, əsəri sərgilənən müəlliflər diplomla təltif olunacaq.
Mükafat fondu olaraq müsabiqədə ən çox əsəri ilə təmsil olunan tədris mərkəzi kimi Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi Xətai Sənət Mərkəzində kollektiv sərgisini keçirmək şansı qazanıb. İkinci mükafat fondu olaraq sərgidən ən yaxşı əsərlərin müəllifləri özünün 5 əsəri ilə kollektiv sərgiyə dəvət olunacaq və həmin gün plener zamanı ərsəyə gətirdiyi bir əsəri ilə sərgi plenerdə iştirak etmək şansı qazanacaq.
Qeyd: Müsabiqəyə www.xsm.az saytında tədbirlər bölümündəki “DOĞMA DİYAR” afişasına toxunmaqla və ya http://xsm.az/site/doqmadiyar/ linkinə daxil olub 1 və ya 2 əsərinizin fotosunu daxil etməklə göstərilən anketi doldurmaqla qatılıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin