Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda mənzillərin qiyməti bahalaşıb - SƏBƏB

Bakıda mənzillərin qiyməti bahalaşıb - SƏBƏB

Tarix: 14 Fevral 2020 17:16

Ötən ay Bakıda həm ilkin, həm də təkrar mənzil bazarında qiymət artımı baş verib.

Sonxeber.net xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, ötən ay ərzində təkrar mənzil bazarında 1.14 faiz artım qeydə alınıb.

Ekspertin sözlərinə görə, il ərzində isə təkrar mənzi bazarında qiymət 1.72 faiz azalıb.

N.İbrahimov vurğulayıb ki, ilkin mənzil bazarında ay ərzində artım 7.49 faiz, il ərzində isə 1.68 təşkil edib: "İlkin mənzil bazarında qiymət artımı struktur dəyişikliyi ilə bğlıdır. Son zamanlar ilkin mənzil bazarında tikintinin həcmində qismən azalmalar var. Yəni təklif portfelində azalma var və alıcılar daha çox ucuz mənzilləri alır, bahalı mənzillər isə porfteldə qalır. Bu da qiymət artımına səbəb olur".


Etiketlər:  Bakıda mənzillərin qiyməti bahalaşıb SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ