Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azərbaycan məscidləri” adlı foto-sərgi elan edildi

“Azərbaycan məscidləri” adlı foto-sərgi elan edildi

Tarix: 14 Fevral 2020 19:30

İDTMQİ-nin "İçərişəhər" Muzey Mərkəzinin tabeliyində fəaliyyət göstərən Bakı Fotoqrafiya Evi yarandığı gündən maraqlı və yadda qalan tədbirlər, foto-sərgilər, layihələr, və müsabiqələr keçirir.

Milli.Az xəbər verir ki, bu tədbirlər zamanı gənc və yaradıcı insanlara xüsusi yer ayırmaqla İçərişəhərin təbliğatı istiqamətində təqdirəlayiq addımlar atır.

Bakı Fotoqrafiya Evi növbəti dəfə "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatı ilə birlikdə "Azərbaycan məscidləri" adlı foto-sərginin keçirilməsi ilə bağlı elan verir. Layihənin ideya müəllifi Dadaş Məmmədovdur.

Həvəskar və peşəkar fotoqrafların iştirak edə biləcəyi Foto-sərgi 19.03.2020-ci tarixdən 01.04.2020-ci il tarixinədək 10 gün davam edəcəkdir. Sərgidə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.

Diqqət!

İştirak etmək arzusunda olan hər kəs çəkdiyi fotoları 15 mart 2020-ci il tarixinədək [email protected] elektron ünvana göndərə bilər:

Sərginin nümayiş məkanı: İçərişəhər, İ. Əfəndiyev küç,47, Bəylər məscidi

Milli.Az


Etiketlər:  Azərbaycan məscidləri adlı foto sərgi elan edildi


RƏYLƏR