Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı polisi bir gündə 17 cinayətin üstünü açdı

Bakı polisi bir gündə 17 cinayətin üstünü açdı

Tarix: 26 Mart 2020 10:03

Bakı. Samir Əli - Trend:

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 25-da 17 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, onlardan 2-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən sağlamlığa ağır zərər vurma 1, quldurluq üzrə 1, narkotiklərin qanunsuz dövriyyəsinə görə 4, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 4 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 5 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.


Etiketlər:  Bakı polisi bir gündə 17 cinayətin üstünü açdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ