Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azersun Holding” jurnalistlərə təşəkkür videoçarxı hazırladı (VİDEO)

“Azersun Holding” jurnalistlərə təşəkkür videoçarxı hazırladı (VİDEO)

Tarix: 1 Aprel 2020 13:00

Bakı. Trend:

Bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilib.

Bu virusla mübarizə şəraitində gecə-gündüz demədən çalışan, ictimaiyyəti operativ və obyektiv xəbərlərlə təmin edən jurnalistlərin əməyini xüsusi vurğulamaq lazımdır.

“Azərsun Holdinq” xalqımız və dövlətimiz üçün kifayət qədər həssas olan indiki şəraitdə, Milli Mətbuatımızın 135-ci ildönümündə səfərbər olaraq, cəmiyyəti doğru-dürüst məlumatlarla təmin edən jurnalistlərə dərin minnətdarlığını bildirir, daim iş başında olan media nümayəndələrini alqışlayır.

Siz də alqışlayın! Biz, birlikdə güclüyük!


Etiketlər:  Azersun Holding jurnalistlərə təşəkkür videoçarxı hazırladı VİDEO


RƏYLƏR