Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 13:12
Bakı. Trend:
Gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi, xarici ticarət iştirakçılarının əlavə vaxt itkisinə məruz qalmaması məqsədilə qarşıdan gələn 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar qeyri-iş günündə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri gündəlik iş rejimində fəaliyyət göstərəcək.
Komitədən Trend-ə verilən məlumata görə, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.