Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaradağda 10 maşın toqquşdu, ölən var - VİDEO

Qaradağda 10 maşın toqquşdu, ölən var - VİDEO

Tarix: 24 Fevral 2021 10:42

Bakı-Qazax yolunda zəncirvari qəza nəticəsində bir nəfər vəfat edib.

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev Sonxeber.net-a açıqlamasında bildirib ki, səhər saatlarında həmin yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində yük maşını (TIR) idarəetməni itirərək aşıb və yolun kənarına düşüb: "Qəza zamanı bir neçə avtomobil də yük maşını ilə toqquşub.

Ümumilikdə, 10 avtomobilin iştirakı ilə qəza baş verib. İlkin məlumata görə, bir nəfər vəfat edib. Hazırda Bakı-Qazax yolununda avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol açıqdır".

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.


Etiketlər:  Qaradağda maşın toqquşdu ölən VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ