Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail Suriyaya raket zərbələri endirdi

İsrail Suriyaya raket zərbələri endirdi

Tarix: 17 Mart 2021 14:04

İsrail Şam bölgəsindəki hərbi hədəflərə raket zərbələri endirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə Bəşər Əsəd rejiminin nəzarətində olan SANA xəbər agentliyi məlumat verib.

Məlumata görə, hadisə yerli vaxtla saat 22:35-də baş verib.

Raketlər İsrail tərəfindən işğal olunmuş Golan Təpələri ərazisindən atılıb.

Məlumata görə, Suriya rejiminin hava müdafiəsi raketlərin çoxunu havada aşkarlayaq məhv edib.

İsrail tərəfdən hadisə ilə bağlı hələ ki, açıqlama verilməyib.

Qeyd edək ki, Şamda Bəşər Əsəd rejiminin qoşunları ilə yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) tərəfindən nəzarət edilən xarici terror qruplarının hərbi obyektlərinin olduğu bildirilir.

Milli.Az


Etiketlər:  İsrail Suriyaya raket zərbələri endirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ