Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qayda pozmayan sürücü cərimələnib - VİDEO

Qayda pozmayan sürücü cərimələnib - VİDEO

Tarix: 28 May 2021 11:28

Avtomobilinə gələn cəriməni ödəyən şəxs sonradan müəyyən edib ki, protokol başqa sürücüyə məxsusdur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Sabirabad sakini Anar Fərzəliyevin başına gəlib.

Sürücü deyir ki, bir neçə gün əvvəl onun mobil telefonuna cərimə protokolunun olması barədə SMS bildiriş gəlib. Anar Fərzəliyev ona tərtib olunmuş cəriməni ödəyib.

Anar Fərzəliyev cəriməni ödədikdən sonra məlum olub ki, ona göndərilən cərimə protokolu Bakı-Qazax magistralında tərtib olunub. Cərimə tərtib olunan avtomobil isə ona məxsus olan minik avtomobili yox, Salyan rayon sakininin idarə etdiyi mikroavtobus olub.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev bildirib ki, problem texniki səhv ucbatından baş verib. Onun sözlərinə görə, Anar Fərzəliyevə məxsus  avtomobilin nömrə nişanının sonuncu rəqəmi sistemdə 492 kimi yox, 497 kimi oxunub. Əgər bundan sonra eyni hal təkrarlansa, vətəndaş Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etsin.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Qayda pozmayan sürücü cərimələnib VİDEO


RƏYLƏR