Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2025 11:14
Dünya çempionatı 2026-nın seçmə mərhələsinə hazırlaşan Azərbaycanın futbol millisi bu gün yoldaşlıq oyununa çıxacaq.
Sonxeber.net xəbər verir ki, Fernando Santuşun komandası Riqadakı Skonto stadionunda Latviya millisi ilə üz-üzə gələcək.
Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Oyunu Malta Futbol Federasiyasından Farruca Kan Trastinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, hazırda Latviya millisi FİFA-nın reytinq cədvəlində 138-ci yeri tutur. Azərbaycan komandası isə bugünkü rəqibindən 19 pillə öndə - 119-cu yerdədir.