Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıt Dövlət Dram Teatrı 2020-ci ilin ilk həftəsonu tamaşaların təqdim edir

Sumqayıt Dövlət Dram Teatrı 2020-ci ilin ilk həftəsonu tamaşaların təqdim edir

Tarix: 9 Yanvar 2020 20:51

2019-cu ili  maraqlı və zəngin repertuarla başa vuran Sumqayıt Dövlət Dram Teatrı Yeni- 2020-ci ildə də  bir sıra maarifləndirici layihələr gerçəkləşdirəcəkdir.

Sonxeber.net xəbər verir ki, eyni zamanda ötən ildə  teatrın direktoru Əməkdar artist Mübariz Həmidovun ideya müəllifi olduğu, tamaşaçıların teatra cəlb edilməsi üçün həftəsonu tamaşalarının mütəmadi  nümayişi bu il də davam etdiriləcəkdir.

Hər zaman tamaşaçıların zövqünü oxşayan, mədəni istirahətini təmin edən Sumqayıt Dövlət Dram Teatrı 2020-ci ilin ilk ayında klasik komediyalar, müasir dünya dramaturgiyasından nümunələr, eyni zamanda vətənpərvərlik ruhunda  əsərlərin nümayişini nəzərdə tutmuşdur.

Cari ilin ilk şənbə və bazar günlərində, teatrımız yanvarın 11 və 12-də M.F.Axundzadənin "Hacı Qara" komediyası və Amerika dramaturgiyasından Con Patrikin "Qarını öldürməliyik" əsərini saat 18:00-da  tamaşaçılara təqdim edəcəkdır.


Etiketlər:  Sumqayıt Dövlət Dram Teatrı 2020 ilin həftəsonu tamaşaların təqdim edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ