Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Apple” şirkəti smartfonların satışına görə birinci olub

“Apple” şirkəti smartfonların satışına görə birinci olub

Tarix: 31 Yanvar 2020 18:00

"Strategy Analytics" tədqiqat agentliyi 2019-cu ilin dördüncü rübü üçün statistika dərc edərək ötən ilin sonunda dünyada ən çox "Apple" smartfonlarının satılmasını açıqlayıb. Statistikaya görə, hesabat dövründə "Apple" şirkəti 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çox qurğu buraxaraq Cənubi Koreyanın "Samsung" istehsalçısını geridə qoyub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Vesti" resursuna istinadən yazır ki, ötən rüb "Apple" tarixində ən uğurlu rüb olub: üç ay ərzində istehsalçının mədaxili 92 milyard dollar, xalis gəliri isə 22 milyard dollar təşkil edib. Mənfəətin yarısını həm bahalı "Pro", həm də ucuz "iPhone 11" kimi son "iPhone" modelləri təmin edib.

 

Nəticədə "Apple" şirkətinin bazar payı 18,9 faiz təşkil edib. Çiplərə görə dördüncü rübdə mədaxili azalan "Samsung" şirkəti 18,4 faizə sahib çıxıb. Üçüncü yerdə 15 faiz göstərici ilə "Huawei" istehsalçısı qərarlaşıb. "IHS" şirkətinin analitiki Cusi Honqun sözlərinə görə, Çin şirkəti ilin əvvəlində ikirəqəmli artım nümayiş etdirsə də, ilin sonunda ABŞ sanksiyaları öz təsirini göstərməyə başlayıb. Nəticədə illik qiymətləndirmədə tədarük həcmində 7,4 faiz azalma qeydə alınıb.

 

2019-cu il ərzində smartfon bazarının həcmində 2,2 faiz azalma müşahidə edilib. Ən böyük azalma (-23,3 faiz) "LG" şirkətində olub, "Xiaomi" isə satışları 4,5 faiz artırıb.

 

Nizam Nuriyev




Etiketlər:  Apple şirkəti smartfonların satışına görə birinci olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ