Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qızdırmanın növləri

Qızdırmanın növləri

Tarix: 27 Sentyabr 2022 23:33

Kliniki şəraitdə xəstələrin qızdırmaları gündə 2 dəfə ölçülür. Amma müxtəlif xəstəliklər zamanı müxtəlif qızdırma olur. Temperaturun fərqli olmasını nəzərə alaraq qızdırmanın 8 əsas növü qeyd edilir:
1. Daimi, davamlı qızdırma.
Bu zaman gün ərzində xəstənin qızdırması nə vaxt ölçülərsə, ya eyni, ya da 1*S fərq ilə qeyd olunur. Belə qızdırma adətən krupoz pnevmoniya, səpgili yatalaq, qarın yatalağı zamanı müşahidə edilir.
2. Zəiflədici qızdırma.
Bu zaman səhər və axşam temperaturun fərqi 1* S-dən artıq olur və səhər vaxtı 37* S-dən yuxarı qızdırma qeyd edilir. Belə qızdırma adətən vərəm, ocaqlı pnevmoniya və irinli iltihabı proseslər zamanı olur.
3. Fasiləsiz qızdırma.
Bu zaman qısamüddətli qızdırma tutmaları, qızdırmasız keçən dövrlərlə növbələşir, yüksək temperatur bir-neçə saat davam edir.
Sonra bədən temperaturu normaya enir, bir müddət sonra isə yeniyən qızdırma yüksəlir.
4. Üzücü qızdırma.
Bu zaman səhər və axşam arasında bədən temperaturunun fərqi 2-4* S olur. Qızdırmanın bu növünə ağır kavernoz vərəm, daxili orqanların absesləri və sepsis zamanı rast gəlinir.
5. Təhrif olunmuş qızdırma.
Bu zaman xəstənin bədən temperaturu səhər saatlarında axşama nisbətən yüksək olur. Bəzən bədən temperaturu gün ərzində bir-neçə dəfə dəyişir. Sepsis, vərəm, brüsellyoz zamanı bu cür qızdırmaya rast gəlinir.
6. Qeyri-müntəzəm qızdırma.
Bu zaman temperatur səhər və axşam arasındakı fərqi müxtəlif günlərdə müxtəlif cür olur. Bu revmatizm, endokardit, sepsis, vərəm zamanı baş verir.
7. Qayıdan qızdırma.
Bu yüksək temperaturla keçən dövrlərin, qızdırmasız dövrlərlə növbələşməsi ilə xarakterizə edilir. Bu qızdırma qayıdan yatalaq xəstəliyi üçün xarakterikdir.
8. Dalğaşəkilli qızdırma.
Qızdırmanın bu növü temperaturun dövrü olaraq artması və azalması ilə xarakterizə olunur. Bu cür qızdırmaya brüselyoz və loimfoqranulematoz xəstəliklərində rast gəlinir.

Milli.Az


Etiketlər:  Qızdırmanın növləri


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ