Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gecə yuxudan eyni saatlarda oyanırsınızsa… - Qaraciyər saatı nədir?

Gecə yuxudan eyni saatlarda oyanırsınızsa… - Qaraciyər saatı nədir?

Tarix: 10 May 2020 21:12

Gecə yuxusu zamanı orqanizmdə çox ciddi proseslər gedir - orqanizm özünü bərpa edir, yeniləyir, təmizləyir.

Əgər insan gecə yuxudan eyni saatlarda oyanırsa, bu bəzi pozulmalara işarə edə bilər. Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, əsas səbəblər arasında qaraciyər, agciyər, öd kisəsi problemləridir.

23:00 - 1:00

Bu saatlarda öd kisəsi fəal şəkildə işləyir. Əgər siz yuxuya gedəndən sonra tez-tez məhz bu saatlarda oyanırsınızsa, bunun səbəbi səhv qidalanma, şam yeməyində ağır qidaların istehlakı, öd kisəsində problemlər ola bilər.

1:00 - 3:00

Bu saatlarda orqanizm toksinlərdən təmizlənir, qaraciyər çox fəal şəkildə işləyir. Əgər siz bu saatlarda oyanırsınızsa, bu o deməkdir ki, qaraciyəriniz yükləmələrə tab gətirmir. Həkimə müraciət edin.

3:00 - 5:00

Bu saatlarda ağciyər təmizlənir və orqanizm çoxlu oksigen qəbul edir. Əgər siz bu saatlarda oyanırsınız və sizdə təngənəfəslik, öskürək əmələ gəlirsə, mütləq pulmonoloqa müraciət edin.


Etiketlər:  Gecə yuxudan eyni saatlarda oyanırsınızsa Qaraciyər saatı nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ