Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''YouTube''da yeni funksiya

''YouTube''da yeni funksiya

Tarix: 23 Mart 2025 10:12

"YouTube" platforması videotəsvirin çözümlülüyündən ayrıca olaraq, səsin keyfiyyətini seçmək imkanı verən yeni funksiyanı sınaqdan keçirir.

Sonxeber.net bildirir ki, bu barədə Oxu.Az "Android Authority"yə istinadla xəbər verir.

Hal-hazırda platformada səsin keyfiyyəti videotəsvirin çözümlülüyündən asılı deyil. Belə ki, 144 piksel və ya 4K seçimindən asılı olmayaraq, audio dəyişməz olaraq qalır.

Yeni funksiyada isə istifadəçilər səsin keyfiyyətini sərbəst tənzimləmək imkanı əldə edəcəklər.

Funksiyada üç seçim olacaq - "avto", "orta" və "yüksək". Yeniliyin "YouTube Premium" abunəçiləri üçün əlçatan olacağı ehtimal edilir.


Etiketlər:  YouTubeda yeni funksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ