Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 21:40
Uğursuz komanda seçimi
Sizcə hansı daha vacibdir? Komanda yoxsa ideya? Məsələ ondadır ki, uğurlu ideya və düzgün seçilməmiş komanda bir arada istifadə oluna bilməz. Belə ki, bu zaman uğursuz sonluq qaçılmazdır. Lakin həm komanda, həm də ideya düzgün seçilmiş olarsa, o zaman sizin bu işdə şansınız var deməkdir. Bununla yanaşı, seçdiyiniz komandanın mütləq lideri olmalıdır.
Layihənin əhatə dairəsinin geniş olmaması
İstehlakçıya təqdim olunan məhsulun həqiqətən də vacib və əhəmiyyətli problemi həll etdiyi, eləcə də hədəf auditoriyasının həyatına rahatlıq və maraq gətirdiyi faktını dəqiqləşdirmək lazımdır.
Sərmayə olmadan da işin davam edəcəyinə inanmaq
Sonxeber.net techland.az-a istinadən bildirir ki, investisiya texnoloji biznesin qurulmasını təmin edən əsas amillərdən biridir. Biznesə investisiya cəlb etməkdən çəkinməyin. Unutmayın ki, investisiyalar qurduğunuz biznesin nəinki başlanğıc mərhələsində, eyni zamanda sonrakı mərhələlərində və genişlənməsində də olduqca böyük rola malikdir.
Layihənin təqdimatı ilə bağlı problemlər
Çox vaxt yaxşı ideya və komandaya sahib olan insanlar öz fikirlərini izah etməkdə və bu fikirləri qarşı tərəfə çatdırmaqda çətinlik çəkirlər. Nəticədə isə həm müştəriləri, həm də onlar vasitəsilə qazanılacaq gəlirləri itirirlər. Bu səbəbdən də öz fikrinizi təlqin etməyi və qarşı tərəfdə təəssürat yaratmağı bacarmalısınız.
Uzunmüddətli planlaşdırmanın olmaması
Startapların əksəriyyəti orta və uzunmüddətli biznes planlar hazırlamaq istəmirlər. Onların demək olar ki, heç biri 3-5-10 il sonranı planlaşdırmaq üçün səy göstərmirlər.
Rəqabətin düzgün qiymətləndirilməməsi
Qurucular əksər hallarda bazardakı rəqabəti düzgün şəkildə qiymətləndirmirlər. Biznes qurmazdan əvvəl ilk öncə bu sualın cavabını tapmaq lazımdır: İstehlakçı niyə məhz mənim məhsulumu seçməlidir? Mənim məhsulumun əsas fərqləndirici xüsusiyyəti nədən ibarətdir?
İnvestorlarla əməkdaşlıq etmək bacarığının olmaması
Sərmayədarlarla ünsiyyət yaratmağı öyrənmək və investisiya sənədlərini diqqətli şəkildə gözdən keçirmək lazımdır.