Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Baktelecom”dan ehtiyacı olanlara Ramazan sovqatı

“Baktelecom”dan ehtiyacı olanlara Ramazan sovqatı

Tarix: 31 May 2020 11:24

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) müqəddəs Ramazan bayramı ərəfəsində aztəminatlı ailələrə bayram sovqatı paylayıb.

Aksiya çərçivəsində qurumun əməkdaşları tərəfindən rabitəçi şəhid ailələri də ziyarət edilib.

Xeyriyyə təşəbbüsünə “Baktelecom”un strukturuna daxil olan bütün rabitə xidmətləri mərkəzləri, idarə və təşkilatlar da qoşulub.

Ziyarət zamanı vətəndaşların rabitə xidmətləri ilə bağlı təklif və müraciətləri də dinlənilib.




Etiketlər:  Baktelecomdan ehtiyacı olanlara Ramazan sovqatı


RƏYLƏR